Gürcüstanın Ədliyyə Nazirliyi Avropa Şurasının Nazirlər Komitəsindən "deportasiya edilənlərin işini" ən yaxın iclaslardan birində müzakirə edilməsini tələb etdi
Gürcüstanın Ədliyyə Nazirliyi Avropa Şurasının Nazirlər Komitəsindən "deportasiya edilənlərin işini" ən yaxın iclaslardan birində müzakirə edilməsini tələb etdi

Gürcüstanın Ədliyyə Nazirliyi Avropa Şurasının Nazirlər Komitəsindən Rusiyadan”deportasiya edilənlərin işini” ən yaxın iclasda, gücləndirilmiş nəzarətlə müzakirə edilməsini tələb etdi.

Bu barədə məlumatı Ədliyyə Nazirliyi yayır.

Həmçinin, Nazirlər Komitəsindən tələb olundu ki,müəyyən öhdəliyin yerinə yetirilməməsi ilə bağlı, Rusiyadan rəsmi açıqlamanın alınması üçün maksimal olaraq, qısa müddət verilsin.

Avropa Şurası Nazirlər Komitəsi çərçivəsində, Xarici İşlər Nazirliyi ilə bərabər, Ədliyyə Nazirliyi əlindən gələni edəcək ki, Rusiya Federasiyası Strasburq Məhkəməsi tərəfindən ona verilən öhdəlikləri yerinə yetirsin və bu haqda ictimaiyyətə də məlumat veriləcək.