Gürcüstanda havaların pisləşməsi gözlənilir
Gürcüstanda havaların pisləşməsi gözlənilir

Sinoptiklər Gürcüstanda havaların pisləşməsini proqnoz edirlər.

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, fevralın 11-də, günün ikinci yarısından fevralın 13-dək Gürcüstanda yağış gözlənilir.

Yükək dağlıqda qar, fevralın 12-də ölkənin qərb hissəsində çoxlu qar gözlənilir. Fevralın 11-də şərq, 12-də isə qərb istiqamətli külək, dağlıq zonasında bəzi yerlərdə çovğun, dənizdə isə 3-4 ballıq fırtına gözlənilir.