15 fevrala qədər Gürcüstanda qar və aşağı temperatur gözlənilir

16:09, 12.02.2020

Ətraf Mühitin Milli Agentliyi sinoptiklərinin proqnozuna görə, 15 fevrala qədər Gürcüstanda yağış və qar, dağlıq və yüksək dağlıq yerlərdə güclü qar, sis-duman, çovğun və qar uçqunu təhlükəsi, dənizdə 4-5 ballıq fırtına gözlənilir.

Elə onların məlumatına görə, avtomobil yollarının bəzi hissələrində çoxlu qara, sürüşməyə, çovğuna və qar uçqunu təhlükəsinə görə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür.

Oxşar