Gürcüstanın əksər rayonlarında sabah yağış, qar və güclü külək gözlənilir

20:02, 24.02.2020

Gürcüstanın əksər rayonlarında sabah yağış, qar və güclü külək gözlənilir. Bu barədə məlumatı Ətraf Mühitin Agentliyi yayır.

Elə onların məlumatına görə, dənizdə 4-6 ballıq fırtına gözlənilir.

“25 fevralda Gürcüstanda (əsasən qərbi Gürcüstanda və şərqi Gürcüstanın qərbi rayonlarında) yağış, dağda və yüksək dağlıq yerlərdə qar, dənizdə 4-6 ballıq fırtına gözlənilir.

Vaxtaşırı qərb istiqamətli güclü külək əsəcək. Gözlənilən güclü yağışın qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin artmasına səbəb olması mümkündür”, – Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Oxşar