Gürcüstana, Bakı-Tbilisi-Qars maqistralına test rejimində ilk sərnişin qatarı daxil oldu (foto)
Gürcüstana, Bakı-Tbilisi-Qars maqistralına test rejimində ilk sərnişin qatarı daxil oldu (foto)

Türkiyədən Gürcüstana “Stadler” İsveç sərnişin qatarı daxil oldu. Qatar Bakı-Tbilisi-Qars maqistralında hərəkət edəcək.

Qatar hazırda Axalkalaki stansiyasındadır və dəmiryolunun gürcü hissəsini test rejimində keçəcək. Axalkalaki dəmiryolu stansiyası ərazisində, postsovet dövrünün 1520 mm-lik rels Avropanın 1435 mm-lik relsinə birləşir. “Sdadler” qatarı hər iki hissəni əngəl olmadan keçə biləcək.

Sərnişin marşrutunun bu il təyin edilməsi planlaşdırılır, lakin dəqiq tarix hələlik məlum deyil.

Sərnişin tərkibini Azərbaycan Dəmiryolu əldə etdi.