Gürcüstan Xarici İşlər Nazirliyi - dövlət ölkədə ictimai əsayişi və təhlükəsizliyi tamamilə təmin edəcək
Gürcüstan Xarici İşlər Nazirliyi - dövlət ölkədə ictimai əsayişi və təhlükəsizliyi tamamilə təmin edəcək

Gürcüstan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Departamenti, Tbilisidə keçirilən etiraz aksiyaları ilə bağlı şərh yayır.

Nazirliyin məlumatına görə, Tbilisidə son günlərdə keçirilən etiraz aksiyaları fonunda, müvafiq xidmətlər ölkədə ictimai əsayişi və təhlükəsizliyi tamamilə təmin edəcəklər.

“Gürcüstan paytaxtı qonaqlarını, xarici jurnalistlərini və turistlərini, o cümlədən Rusiya Federasiyasından olanları heç bir təhlükə hədələmir.

Rusiya Federasiyası teleşirkəti jurnalistlərinin iştirakı ilə olan ayrıca insidenti ilə bağlı istintaqa başlanılıb”, – Gürcüstan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Departamentinin yaydığı bəyanatda deyilir.