Gürcüstan NATO samitlərinin deklarasiyalarında - Xronologiya
Gürcüstan NATO samitlərinin deklarasiyalarında - Xronologiya

Şimali-atlantika şurasının müqavilə təşkilatı bir və ya iki ildə bir dəfə, üzv ölkələrin və ölkə başçılarının iştirak etdiyi sammit keçirir.

Gürcüstan üçün xüsusi ilə əhəmiyyətli 2008-ci ilin Buxarest sammiti oldu.

Rumıniyanın paytaxtında yığılan NATO liderləri Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı kəskin bəyanatlar verdilər. Gözləntilərə rəğmən, 2008-ci ildə Gürcüstan hərəkat planı (MAP) ala bilmədi, ancaq konsensunsa nail olundu və deklarasiyaya Gürcüstan haqqında yazı daxil edildi.

Buxarest sammiti – 2008-ci ilin 2-4 aprel

Buxarest sammitinin deklarasiyasına yazıldı ki, Gürcüstan mütləq NATO-nun üzvü olacaq.

2009-cu il. Strasburq – Keli sammiti. 3-4 aprel

Strasburqda alyansın üzvləri Buxarestdə verdikləri bəyanatları və deklarasiyayı təkrarladılar.

Çikaqo sammiti – 2012-ci il, 20-21 may

Çikaqo samitində Gürcüstana ilk dəfə aspirant ölkəsi statusu verildi.

Uels sammiti – 2014-cü il 4-5 sentyabr

Uels sammitində Gürcüstan NATO-nun yeganə partnyoru oldu, hansı ki, gücləndirilmiş əməkdaşlıq planıını aldı. “Ciddi imkanlar planı” adlı paketin məqsədi Gürcüstanın özünü müdafiyə qabiliyyətinin artırılmasını və ölkənin NATO üzvlüyü üçün hazırlanmasını nəzərdə tuturdu.

Varşava sammiti, 2016-cı il 8-9 iyul

NATO-Gürcüstan əməkdaşlığının tarixində ilk dəfə sammitə paralel olaraq, ilk dəfə NATO-Gürcüstan komissiyasının iclası keçirildi. İclasın iştirakçıları birgə bəyanatlar verdilər.

Sammitdə NATO Gürcüstana ciddi siyasi və praktiki dəstəyini təsdiqlədi və Gürcüstan ən etibarlı və fəal partnyor olaraq adlandırıldı.

Bir daha təsdiqləndi ki, Gürcüstan NATO-nun üzvü olacaq.