Yens Stoltenberq - kiçik dövlətlər əvəzinə böyük dövlətlərin qərar qəbul etməsi keçmişdə qaldı
Yens Stoltenberq - kiçik dövlətlər əvəzinə böyük dövlətlərin qərar qəbul etməsi keçmişdə qaldı

Rusiyanın haqqı yoxdur ki, qonşu ölkə əvəzinə, qonşu ölkənin nə etməsini müəyyənləşdirsin, – bu barədə NATO-nun baş katibi, Yens Stoltenberq bəyan etdi.

Stoltenberqin qeyd etdiyinə görə, Gürcüstan müstəqil suveren ölkədir və hüququ var ki, gələcəyini özü müəyyənləşdirsin.

“Bu yalnız onun qərarıdır. Kiçik dövlətlər əvəzinə böyük dövlətlərin qərar qəbul etməsi keçmişdə qaldı. Mənim özüm kiçik ölkənin, Norveçin nümayəndəsiyəm və fəxr edirəm ki, mənim ölkəm 1949-cu ildə NATO-nun üzvü oldu. Bu qərarı onun özü qəbul etdi. Sovet İttifaqının haqqı yox idi ki, bu prossesə qarışa idi”, – Yens Stoltenberq bəyan etdi.