Gürcüstanın Müdafiə naziri NATO-nun baş katibi ilə görüşdü
Gürcüstanın Müdafiə naziri NATO-nun baş katibi ilə görüşdü

Gürcüstanın Müdafiə naziri, İrakli Ğaribaşvili Brüsseldə, NATO-nun baş katibi, Yens Stoltenberq ilə görüşdü. Burada müdafiə nazirlərinin ministerialı keçirilir. Yens Stoltenberq ilə görüşdən sonra, Gürcüstan Müdafiə nazirini NATO-nun baş katibinin müavini, Mirça Coan qəbul etdi.

Müdafiə naziri, NATO-nun nümayəndələrinə Gürcüstanın suverenliyinə və avroatlantik strukturlarına cəhdlərinin dəstəklənməsinə görə minnətdarlığını bildirdi. İrakli Ğaribaşvili xüsusilə qeyd etdi ki, aliyansın üzvlüyünə doğru cəhdlər geri dönülməzdir və bu məqsədə nail olmaq üçün Gürcüstan aliyansla əməkdaşlığın bütün praktiki mexanizmlərdən uğurla istifadə edir.

NATO-nun baş katibinin müavini qeyd etdi ki, Gürcüstan NATO-ya inteqrasiya yolunda uğurlu nümunədir və Gürcüstanın beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində kontribusiyasını xüsusilə qeyd etdi.

Elə bu gün İrakli Ğaribaşvili NATO-nun baş qərargahında “Qətiyyətli Dəstək Missiyası” (RSM) formatında NATO şurası iclasında iştirak etdi. İclası NATO-nun baş katibi, Yens Stoltenberq açdı.

İclasda nitqlə çıxış edərkən Gürcüstan Müdafiə naziri, ümumi dəyərlər və təhlükəsizlik prinsiplərinə qarşı Gürcüstanın sədaqətliyini bir daha təsdiq etdi.