Gürcüstan iqtidarının administrasiyasında reorqanizasiya başlayır.
İqtidar administrasiyasında reorqanizasiyanın başlaması ilə bağlı, baş nazir Giorgi Kvirikaşvilinin 2018-ci ilin mayın 7-də verilən əmri Gürcüstan iqtidarının veb-səhifəsində yayıldı.
Əmrdə deyilir ki, Gürcüstan adminisitrasiyasının reorqanizasiyası sistemli, effektiv idarənin təmin edilməsi məqsədi ilə həyata keçirilir və reorqanizasiya nəticəsində Gürcüstanın iqtidar administrasiyası qismn və yaxud tam olaraq, yeni bir struktur olacaq.
Reorqanizasiya məqsədi ilə həyata keçiriləcək tədbirlərin planlaşdırılmasını İnzibati İdarə Departamentinin İnsan Hüquqları Resurslarının İdarə Xidməti bir ay müddətində təmin etməlidir.
Həmin xidmətə, iqtidar administrasiyasının hər bir əməkdaşını baş nazirin əmri ilə tanış etməsi həvalə olunur.