Gürcüstan Qazaxıstanı məğlubiyyətə uğratdı - Çakvetadze Millətlər Liqasının ilk qolunu vurdu

“Astana Arenada” Millətlər Liqasının “D” divizyonu görüşündə əsad hadisələr ikinci taymda baş verdi – 69-cu dəqiqədə Giorgi Çakvetadze hesabı açdı və Millətlər Liqası tarixində ilk qolun müəllifi oldu.

75-ci dəqiqədə hücumu yenə Çakvetadze başladı, topu qapıya Ğazaişvili vurdu və Sergey Mali topu öz qapısına yönəltdi. Bu da tarixi qoldur – Millətlər Liqasında ilk avtoqol.

Görüş başa çatdı. Gürcüstan yığması 2:0 hesabı ilə qalib gəldi və uzunmüddətli fasilədən sonra rəsmi görüşdə 3 xalı ilk dəfə xal əldə etdi.

Qazaxıstan – Gürcüstan 0:2