Qazaxıstanda prezident Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirildi
Qazaxıstanda prezident Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirildi

Qazaxıstanın paytaxtında, Müstəqillik Sarayında prezident Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirildi və prezident səlahiyyətlərinin rəsmi olaraq icrasına başladı.

Prezidentin andiçmə mərasimində Qazaxıstanın ilk prezidenti, Nursultan Nazarbayev iştirak edirdi.

Qazaxıstanda vaxtından əvvəl seçkilər iyunun 8-də keçirildi. Nazarbayev hakim partiyanın sədri, Təhlükəsizlik Şurasının sədri və Konstitusiya Şurası üzvü vəzifəsində qalır.