Qazaxıstanın baş naziri İrakli Ğaribaşviliyə - bu önəmli vəzifəyə təyin olunmağınız yüksək siyasi nüfuzunuzu və peşəkarlığınızı təsdiqləyir
Qazaxıstanın baş naziri, Askar Mamin Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilini vəzifəyə təyin olunması münasibətilə təbrik edir.
Rəsmi təbrik məktubunda Askar Mamin inandığını ifadə edir ki, iki ölkə arasında mövcud olan dost əlaqələri və əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
“Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmağınız ilə bağlı təbriklərimi qəbul edin. Bu önəmli vəzifəyə təyin olunmağınız yüksək siyasi nüfuzunuzu və peşəkarlığınızı təsdiq edir. İnanıram ki, sizin rəhbərliyinizlə Gürcüstan hökuməti ölkənin sonrakı davamlı inkişafına öz tövhəsini daxil edəcək. Əminəm ki, Qazaxıstan və Gürcüstan arasında mövcud olan dost əlaqələri və əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Fürsətdən istifadə edərək sizə sağlamlıq və məsuliyyətli dövlət işində uğular, gürcü xalqına isə, firəvanlıq və sülh arzulamaq istəyirəm”, – məktubda deyilir.
Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.