Gürcüstan Dzyudo Federasiyasının növbədənkənar qurultayı bu gün keçiriləcək
Gürcüstan Dzyudo Federasiyasının növbədənkənar qurultayı bu gün keçiriləcək

Gürcüstan Dzyudo Federasiyasının növbədənkənar qurultayı bu gün, saat 12:00-da “Redisson” mehmanxanasında keçiriləcək.

Gürcüstan Dzyudo Federasiyasının məlumatına görə, gündəmdə iki məsələnin müzakirəsi nəzərdə tutulub: Federasiyanın prezidentinin hesabatı və cari prosseslərin müzalkirəsi.

Qurultayda Federasiyanın prezidenti David Kevxişvili fəaliyyətinin hesabatını təqdim edəcək.

Dzyudoçular David Kevxişvilinin istefasını istefasını bir neçə gün bundan əvvəl tələb etdilər və bu tələblə etiraz aksiyası keçirdilər.

Dzyudo Federasiyasının prezidenti David Kevxişvili bəyan etdi ki, vəzifəsini tərk etməyi planlaşdırmır.

Avropa Çempionatında qeydə alınan acınacaqlı nəticələrdən sonra, Gürcüstan Dzyudoçular Milli Komandasının məşqçilər qərargahı tam tərkibi ilə aprelin 30-da istefa verdi.