Gürcülər üçün oxunan "Suliko" - Frankfurt Sərgisi administrasiyası əməkdaşlarından sürpriz

Frankfurt Kitab Sərgisi bu gün başa çatdı. Burada Gürcüstan fəxri qonaq statusu ilə iştirak edirdi.

Frankfurt Sərgisi administrasiyası qonaq ölkəyə sürpriz etdi. Əməkdaşlar gürcüləri “Suliko” mahnısı ilə yola saldılar.

Frankfurt Kitab Sərgisinin ədəbiyyat hissəsinin rəhdəbri, Medea Metreveli “qonaq ölkə gildiyasını” dünən Norveçə təhvil verdi. Bu deməkdir ki, Frankfurt Kitab Sərgisində 2019-cu ildə qonaq ölkə məhz elə Norveç olacaq.

Xatırladaq ki, qonaq ölkə statusunu 2018-ci il sərgisi üçün Gürcüstan keçən il Fransadan aldı.

Frankfurt Kitab Sərgisində çəkilən video sosial şəbəkədə yayılır.