Mamuka Baxtadzenin qərarı ilə, BMT-nin art-kolleksiyasında yerləşdiriləcək “Vepxvistğaosani” bir günlüyünə Frakfurt Kitab Sərgisində sərgilnəcək

14:11, 07.10.2018

Gürcüstanın baş naziri, Mamuka Baxtadzenin təşəbbüsü ilə, Fransada fəaliyyət göstərən gürcü heykəltəraşı, Quci Amaşukelinin örtüyünü yaratdığı nadir əlyazması “Vepxvistğaosani” (pələng dərisi geymiş pəhləvan), Nyu Yorka, BMT-nin art-kolleksiyasında yerləşdirilənməsinə qədər, oktyabrın 9-da bir gürcü nadir əsəri kimi, Frakfurt Kitab Sərgisində sərgilnəcək

Bu barədə məlumatı baş naizrin mətbuat xidməti yayır.

“Vepxvistğaosani”-nin muzey variantı 2017-2018-ci illərdə, Tbilisi və Parisdə, rəssam və kaliqraflar tərəfindən yaradıldı.

Lahiyə “IMT” incəsənət inkişafı fondu tərəfindən yaradıldı. İdeanın müəllifi İya Xutsidzedir. Orijinal rəssamlıq işləri Sopio Kintsuraşviliyə və Tamaz Varvaridzeyə aiddir. Kaliqraflar: David Maysuradze, Giorgi Sisauri, Nino İkaşvili, Ana Qokadze və Levan Sxviraşvilidir.

Bu gün Quci Amaşukelini dünyada yalnız adı ilə də tanıyırlar – “Goudji” dünya incasənt dairələrində etiraf edilmiş brenddir. Quci tərəfindən yaradılmış hər bir əşya nadir və təkrar olunmazdır.

Qucinin əlişləri Vatikan Muzeyində, Luvr Muzeyində və başqa muzeylərdə mühafizə olunur.

 

Oxşar