Frankfurtun Kitab Sərgisində fəxri qonaq ölkəsinin - Gürcüstanın pavilyonu rəsmi olaraq açıldı
Frankfurtun Kitab Sərgisində fəxri qonaq ölkəsinin - Gürcüstanın pavilyonu rəsmi olaraq açıldı

2018-ci il Frankfurtun Kitab Sərgisi həftəliyi və fəxri qonaq ölkəsinin – Gürcüstanın pavilyonu rəsmi olaraq açıldı.

Fəxri qonaq ölkəsinin, Gürcüstanın pavilyonun rəsmi açılış mərasimi Frankfurtun Kitab Sərgisi həftəliyinin rəsmi açılışından sonra keçiriləcək. Pavilyonu Gürcüstanın baş naziri Mamuka Baxtadze və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Federika Moqerini açacaq. Tədbirdə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili iştirak edəcək.

Frankfurt Kitab Sərgisi həftəliyinin gürcü proqramı Xatiya Buniatişvilinin ifası ilə açılacaq.

Gürcüstanın baş naziri, Mamuka Baxtadzenin təşəbbüsü ilə, Fransada fəaliyyət göstərən gürcü heykəltəraşı, Quci Amaşukelinin örtüyünü yaratdığı nadir əlyazması “Vepxvistğaosani” (pələng dərisi geymiş pəhləvan), Nyu Yorka, BMT-nin art-kolleksiyasında yerləşdirilənməsinə qədər, burada sərgilnəcək.

9-14 oktyabr günlərində Frankfurt fəxri qonağı ölkəsinin layihəsi ədəbi və mədəni proqramlarla təqdim olunacaq.

Pavilyonda quraşdırılmış iki səhnədə 72 gürcü müəllifi xarici oxucunu qarşılayacaq və gürcü ədəbiyyatı ilə tanış edəcək.