Giorgi Qaxaria - "Milli Hərəkatlılar" (Nasionallar) qaçdılar, "Avropalı Gürcüstan" isə, mikrofonumu qurmaq istəmir, bu sizin qorxunuzdur

“Nasionallar” buradan qaçdılar, siz isə, mikrofonumu keçirdiniz və qurmaq istəmirsiniz, bu sizin qorxunuzdur, – bu sözlərlə baş nazir namizədi Giorgi Qaxaria parlament iclasında “Avropalı Gürcüstan” fraksiyasının üzvlərinə müraciət etdi.

Qaxaria bəyan etdi ki, seçici “Avropalı Gürcüstanı” seçkilərdə dəyərləndirəcək.

Xatırladaq ki, bugün bütün gün, parlament iclasında “Milli Hərəkat” və “Avropalı Gürcüstan” fraksiyaları baş nazir və digər nazir namizədlərini dinləyirdilər.