Giorgi Qaxaria - Proqramımızın əsas prinsipi hərəkət, effektivlik və nəticə olacaq
Giorgi Qaxaria -  Proqramımızın əsas prinsipi hərəkət, effektivlik və nəticə olacaq

Proqramımızın əsas prinsipi hərəkət, effektivlik və nəticə olacaq, – bu bəyanatı baş nazir namizədi Giorgi Qaxaria parlamentdə, “Gürcü Arzusu” fraksiyası ilə görüş zamanı verdi.

Giorgi Qaxaria parlament əksəriyyətinin deputatlarına konstruktiv dialoq üçün təşəkkür etdi.

“Hörmətli həmkarlarım, son illər ərzində bərabər bir çox müvəffəqiyyətli təşəbbüsümüz oldu, ancaq hər birimiz razılaşırıq ki, bu il konkret hərəkətlər, effektivlik və nəticələr üçün xüsusi bir il olmalıdır.

Əminəm ki, belə bir yanaşmayı siz də dəstəkləyəcəksiniz. Bugün sual-cavab rejimində söhbət aparaq, sabah isə, konseptual məruzə forması ilə plenar iclasa davam edək. Belə ki, səbirsizliklə suallarınızı gözləyirəm” – dedi Giorgi Qaxaria.

Xatırladaq ki, baş nazir namizədi Giorgi Qaxaria, yeni hökümət tərkibinin digər üzvləri ilə bərabər parlamentdə “Gürcü Arzusu” fraksiyası deputatlarının suallarını cavablandırır.