Giorgi Qaxariya - Parlamentə daxil olmağa yol versəydim, mən onda istefa verməli idim
Giorgi Qaxariya - Parlamentə daxil olmağa yol versəydim, mən onda istefa verməli idim

Parlamentə daxil olmağa yol versəydim, mən onda istefa verməliydim, – bu barədə Gürcüstanın baş nazirliyinə namizəd, Giorgi Qaxariya Parlamentdə nitqlə çıxış edərkən bəyan etdi.

Onun dediyinə görə, dövlət institutlarına soxulma, ən azından dövlət institutlarının siyasi şəraitinin reallığının dəyişdirilməsi məqsədi ilə təşkil edilmiş hücumdur.

“İstefa verməməyimin əsas motivi nə idi –  adi prinsip. Həmin tədbirdə iştirak edən bütün polis işçisinə təşəkkürümü bildirirəm. İstefamla mən kiməsə təsdiq edəcəkdim ki, nədəsə özümü günahkar hesab edirəm. Mən özümü belə hiss etmirəm. Sözsüz ki, xəsarət alan insanlar üzrə məsuliyyəti hiss edirəm. Dövlət institutlarına soxulma, ən azından dövlət institutlarına siyasi şəraitinin reallığının dəyişdirilməsi məqsədi ilə təşkil edilmiş hücumdur. Parlamentə daxil olmağa yol versəydim, mən onda istefa verməli idim”, – Qaxariya bəyan etdi.