Giorgi Kvirikaşvili - vətəninə sadiq oğullara, bizim əsgərlərimizə qayğı gəstərmək dövlətin ən əsas öhdəliyidir
Giorgi Kvirikaşvili - vətəninə sadiq oğullara, bizim əsgərlərimizə qayğı gəstərmək dövlətin ən əsas öhdəliyidir

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətini, bütün əsgərləri və rəhbərləri Gürcüstan Silahlı Qüvvələri gününü təbrik etdi.

Vazianidə, nitqlə çıxış edərkən Giorgi Kvirikaşvili, ölkənin müstəqilliyini, severenliyini və ərazi bütövlüyünü müdafiə edən Gürcüstan Silahlı Qüvvələrinin hər bir hərbi xidmətçisinə təşəkkürünü bildirdi.

“27 il bundan əvvəl, bu günki günü, müstəqil Gürcüstan öz ilk hərbiçilərini Silahlı Qüvvələrinə çağırdı. Gürcü rrdusu, məhz elə həmin gündən 1918-ci ildə əsası qoyulan ənənəni davam etdirməyə başaladı. O zaman bu, ordunun qısa müddətli, lakin qəhrəmanlıq tarixi idi. Bununla biz bu gün də fəxr edirik. Gürcüstanın bütövlüyü uğrunda həlak olan əsgərlərin xatirəsini yad etmək istəyirəm.

Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyətini, bütün əsgərləri və rəhbərləri Gürcüstan Silahlı Qüvvələri gününü təbrik etmək istəyirəm”, – Giorgi Kvirikaşvili bəyan etdi.

Giorgi Kvirikaşvili bu günki gününü bynəlxalq sülh missiyalarında iştirak edən əsgərləri təbrik etdi. Baş nazirin dediyinə görə, onlar gürcü döyüşçüsünün adını, fədəkarlıq rəmzinə çevirdilər.