Giorgi Kvirikaşvili - Prezidentin bugünki çıxışından daha çox gözləntilərim var idi
Giorgi Kvirikaşvili - Prezidentin bugünki çıxışından daha çox gözləntilərim var idi

Düşünürdüm ki, bu ranqda prezidentin son çıxışı daha dərin və çox analiz edilmiş, daha çox problemlərə və onların həlli yollarına yönəldilmiş olacaqdı – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili prezidentin parlamentdəki çıxışını dəyərləndirərkən verdi.

Onun dediyinə görə, prezident elə sosiyal problemlər haqqında danışdı, hansıları ki, hökümət heç bir zaman gizlətməyib və əksinə, məhz onların həlli üzərində çalışır.

O institusiyalarda hörmətsizliklər haqqında danışdı, halbuki, prezidentin özü statistika departamentinin göstəricilərini sual işarəsi altına qoydu.

Düşünürəm ki, prezident bugün ölkədə mövcud olan problemləri daha geniş müzakirə edə bilərdi və həmçinin, prezident institutunun medaitor funksiyasının daha da gücləndirilməsini nümayiş etdirməli idi.

Sözün düzü, mənim bugünki çıxışdan daha çox gözləntilərim var idi” – dedi baş nazir.