Giorgi Kvirikaşvili Gürcüstanın demokratik islahatlarını dəstəklədikləri üçün Donald Tuska və Avropa İttifaqı ölkələrinə təşəkkür etdi
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Avropa İttifaqının prezidenti Donald Tuska və Avropa İttifaqı ölkələrinə Gürcüstanın demokratik islahatlarını dəstəklədikləri üçün təşəkkür etdi.
“Prezident Tuska və Avropa İttifaqı ölkələrinə Gürcüstanın inkişafını, seçdiyi kursunu və demokratik islahatlarını dəstəklədikləri üçün və həmçinin, bu dəstəyin əlaməti olaraq, Gürcüstana 45 milyon Avro dəyərində maddi resurs ayırdığı üçün təşəkkür edirəm.
Gürcüstan Avropa inteqrasiyası yolunda inkişaf etməyə davam edir və bu prosesdə qərb partnyorlarımızın dəstəyi həqiqətən əvəzsizdir” – dedi Kvirikaşvili.
Xatırladaq ki, Avropa İttifaqının Şurası Gürcüstan üçün 45 milyon avro ayırdı.