Giorgi Kvirikaşvili - "Freedom House", Gürcüstanda demokratiyanın inkişafının keyfiyyəti haqqında qeyri-obyektiv məlumat yayarkən diqqətli olmalıdır
“Freedom House”-un dəyərləndirilməsi tamamən qeyri-obyektivdir və balanslaşdırılmamış məlumata əsaslanır, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili jurnalistlərə verdi.
Giorgi Kvirikaşvili bəyan etdi ki, Gürcüstanda demokratiyanın inkişafının keyfiyyəti haqqında qeyri-obyektiv məlumat yayarkən “Freedom House” daha diqqətli olmalıdır.
“2012-ci ildə “Gürcü Arzusu” Bidzina İvanişvilinin rəhbərliyi ilə iqtidara gələndən sonra bir neçə baş nazir dəyişdirildi, ancaq ölkədə təsis edilən əsas tendensiya – demokratiyanın keyfiyyətinin artırılması dəyişmədi.
“İndi biz yenə bir yoldan keçərək, Avropa demokratiyasını yaratmalıyıq. “Freedom House”-un hesabatı isə, qeyri-obyektivdir” – dedi baş nazir.