Giorgi Kvirikaşvili - Elə bir modelə nail olmalıyıq, hansı ki, narkotik maddələrindən istifadə edənlərə qarşı loyal, narkorealizatorlara qarşı isə, sərt olacaq
Giorgi Kvirikaşvili - Elə bir modelə nail olmalıyıq, hansı ki, narkotik maddələrindən istifadə edənlərə qarşı loyal, narkorealizatorlara qarşı isə, sərt olacaq

“Məlumdur ki, mövcud olan narkosiyasət heçkəs üçün məqbul deyil, – bu bəyanatı baş nazir Giorgi Kvirikaşvili verdi.

Onun dediyinə görə, narkotik bağımlısı olan şəxslərə qarşı humanist yanaşma bir çox ölkədə müsbət nəticə verdi.

Bununla yanaşı, baş nazirin dediyinə görə, qanun narkorealizatorlara qarşı sərt olmalıdır.

Baş nazirin dediyinə görə, qeyd olunan məsələ iqtidar dəstəsində fəal şəkildə müzakirə olunur,  bununla yanaşı, ölkədə sağlam həyat tərzinin yayılması ilə bağlı da konkret addımlar planlaşdırılıb.

“Təbii ki, mövcud olan formatda narkosiyasətin detallarınını müzakirə edə bilməyəcəyik. Yeni bir model yaratmalıyıq, hansı ki, narkotikdən istifadə edən şəxslərə qarşı daha loyal olacaq, narkorealizatorlara qarşı isə, daha sərt” – dedi baş nazir.