Giorgi Qaxaria Vladimer Zelenski ilə görüşəcək
Giorgi Qaxaria Vladimer Zelenski ilə görüşəcək

Ukraynaya rəsmi səfəri çərçivəsində, Gürcüstanın baş naziri Giorgi Qaxaria yenə bir dəfə Ukrayna prezidenti Vladimer Zelenski ilə görüşəcək.

Görüş iki tərəfli formatda keçiriləcək.

Rəsmi səfər çərçivəsində, Giorgi Qaxariayı ilk öncə Ukraynalı həmkarı Aleksey Qonçarçuk və Ali Radanın sədri Dmitri Razumkov qəbul edəcəklər.

Elə bu gün “Partnyorluq əməkdaşlığı ilə bağlı reqlament” imzalanacaq, hansı ki, Ukrayna ilə institusiyonal səviyyədə əməkdaşlığı nəzərdə tutur.

Qeyd edilməlidir ki, bu son altı il ərzində, baş nazir səviyyəsində Gürcüstanın Ukraynaya ilk rəsmi səfəridir.