Giorgi Qaxaria rəsmi səfərlə Ukraynaya getdi
Giorgi Qaxaria rəsmi səfərlə Ukraynaya getdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria iki günlük rəsmi səfərlə Ukraynaya getdi.

Səfər çərçivəsində, Gürcüstanın baş naziri və Ukrayna prezidenti Vladimer Zelenskinin görüşü keçiriləcək.

Hökümət başçısı həmçinin, Ukraynalı həmkarı Aleksey Qonçaruk və Radanın Ali nümayəndəsi Dmitri Razumkov ilə görüşəcək.

Rəsmi səfər çərçivəsində, Gürcüstanın baş naziri Kiyevdə, GUAM-ın demokratik və iqtisadi inkişafı üçün keçirilən təşkilat sammitində iştirak edəcək.

Plenar iclasdan sonra, GUAM-ın üzv ölkələri liderlərinin birgə bəyanatları veriləcək və müəyyən sənədlər imzalanacaq.

Gürcü nümayəndə heyyətinə Xarici İşlər Naziri Davit Zalkaniani və baş nazirin beynəlxalq məsələlər üzrə müşaviri İrakli Çikovani daxildirlər.