Giqa Bokeria - Strateji partnyorumuz olan ABŞ-ın sərt mövqeyidir ki, ölkəyə demokratik və ədalətli seçkilər lazımdır
Giqa Bokeria - Strateji partnyorumuz olan ABŞ-ın sərt mövqeyidir ki, ölkəyə demokratik və ədalətli seçkilər lazımdır

“Mdinaradze yalan danışır ki, güya danışıqlar zamanı kimsə, hansısa mövqeyi tutub. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarında siyasi qüvvələrinin nümayəndələrinə qarşı belə hərəkət etmirlər” – bu bəyanatı “Avropa Gürcüstanının” liderlərindən biri Giqa Bokeria, “Gürcü Arzusunun” nümayəndəsi olan Mamuka Mdinaradzenin bəyanatına səsləndi.

“Danışıqlar zamanı strateji partnyorlarımız heç bir mövqe tutmayıbar. ABŞ və digər partnyorlarımız sadəcə onu bildirdilər ki, ölkəyə ədalətli, şəffaf və demokratik seçkilər lazımdır və Gürcüstanın bu baxımdan ciddi tərəqqiyə ehtiyacı var” – dedi Giqa Bokeria.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Pompeonun Gürcüstana səfəri ilə bağlı, Dövlət Departamentinin verdiyi bəyanatla bağlı Mamuka Mdinaradze bugün bəyan etdi ki, bu ilk növbədə müxalifət üçün göndərmə idi ki, ikinci tura hazırlaşsınlar, prosesi konstruktiv rejimə keçirsinlər, öz mövqelərini parlament tribunasından bildirsinlər və seçicilərin seçiminə hörmət etsinlər.