ABŞ Dövlət Departamenti Mayk Pompeonun Gürcüstana səfəri ilə bağlı ətraflı məlumat yaydı
ABŞ Dövlət Departamenti Mayk Pompeonun Gürcüstana səfəri ilə bağlı ətraflı məlumat yaydı

ABŞ Dövlət Departamenti, dövlət katibi Mayk Pompeonun Gürcüstana səfəri ilə bağlı ətraflı məlumat yaydı.

“İstanbuldan bir Tbilisiyə gedəcəyik, harda iqtidar nümayəndələri ilə – prezident Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria və Xarici İşlər Naziri Davit Zalkaliani ilə görüşlər keçiriləcək.

Pompeonun həmçinin, Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia ilə də görüşmək imkanı olacaq.

“Biz əlbəttə ki, Gürcüstanın demokratik proseslərinə və avro-atlantik əlaqələrinin dərinləşdirilməsində dəstək olmağa davam edirik.

Bildiyimiz qədəri ilə, seçkilərin ikinci turu təqribən 16 parlament mandatı üçün noyabrın 21-də keçiriləcək.

Biz bildirmişdik ki, azad və ədalətli seçki prosesi Gürcüstan demokratiyası üçün kritik dərəcədə əhəmiyyətlidir və gürcü xalqı bu prosesdə fəal şəkildə iştirak edir.

Biz fürsətdən istifadə edib, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmətimizi birdaha dilə gətirəcəyik.

Dövlət katibi Gürcüstanın fəal vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək və qanunun aliliyi və demokratik proseslərin ayrılmaz hissəsi olan məhkəmə sisteminin müstəqillyi barədə onların fikrini dinləyəcək”, – deyilir ABŞ Dövlət Departamentində.

ABŞ-ın Dövlət Katibi Gürcüstana noyabrın 17-də gələcək.