Qanunlayihədə Gürcüstan vətəndaşlarının ölkədən çıxmalarına mane ola biləcək səbəblər konkretləşdiriləcək
Qanunlayihədə Gürcüstan vətəndaşlarının ölkədən çıxmalarına mane ola biləcək səbəblər konkretləşdiriləcək

Gürcü qanunvericiliyində ölkə vətəndaşına Gürcüstandan müvəqqəti olaraq, çıxması üçün rədd cavabının verilməsinin əsasları konkretləşdiriləcək.

Müvafiq dəyişikliklər “Vətəndaşların Gürcüstandan çıxması və Gürcüstana daxil olması haqqında” qanuna daxil ediləcək və onlar vizaliberalizasiyadan irəli gəlirlər.

Qanunlayihəyə görə, Gürcüstan vətəndaşına sərhədi müvəqqəti olaraq keçməsi üçün mənfi cavab o təqdirdə verilə bilər, nə vaxt ki, sərhəd keçidində müəyyən ediləcək ki,  o Şengen zonasının ölkələrinə gedir, ancaq müvafiq sənədləri yoxdur.

Bunlar: biometrik pasport, geri dönüş bileti, səyahət sığortası, qalacağı yerin ünvanı, mehmanxana bronu və digər gərəkli sənədlərdir.