Federika Moqerini - Gürcüstandan şengen zonasına 100 mindən artıq insan daxil oldu, Gürcüstan hökuməti bunun üçün hər şeyi etdi
Federika Moqerini - Gürcüstandan şengen zonasına 100 mindən artıq insan daxil oldu, Gürcüstan hökuməti bunun üçün hər şeyi etdi

Gürcüstandan şengen zonasına 100 mindən artıq insan daxil oldu. Gürcüstan hökuməti bunun üçün hər şeyi etdi, bu bizim turizm, biri birimizlə tanış olmağımız üçün çox əhəmiyyətlidir, – bu barədə Avropa İttifaqının Ali Nümayəndəsi Federika Moqerini Avropa İttifaqı-Gürcüstan Assosiasiyası Şurası iclası başa çatdıqdan sonra bəyan etdi.

Federika Moqerinin qeyd etdiyinə görə, Avropa İttifaqı və Gürcüstan vətəndaşları arasında əlaqələr dərinləşir.

“Demək istəyirəm ki, Avropa İttifaqı bizim dostluğumuz potensiyalını tamamilə istifadəe tməyə hazırdır. Mənim üçün Gürcüstan hökuməti ilə işləmək xoşdur. Mən sizin islahatlar üzərində işlədiyinizi görürəm. Buna da sizin dəstəyiniz var. Məqsədimiz Gürcüstanda sabitliyin olmasıdır. Cenevrə danışıqları və Avropa İttifaqının monitorinq qrupunun məqsədi məhz elə buna xidmət edir. Sisizn tərəfindən həyata keçirilmiş islahatlar və siyasəti dəyərləndirəm. Şengen zonasına 100 mindən artıq insan daxil oldu. Gürcüstan hökuməti bunun üçün hər şeyi etdi. Bu bizim turizm, biri birimizlə tanış olmağımız üçün çox əhəmiyyətlidir. İkincisi – Avropada Gürcüstan məhsulunu görürük. Biz Gürcüstan üçün birinci ticarə partnyoruyuq. Gürcütanın ixracatı 37 faiz ilə artdı. Üçüncüsü – əməkdaşlığımız daha da dərinləşdirilməlidir. Əsas bunlardır. Gürcüstan Avropa İttifaqı üçün dəyərli və sadiq partnyordur”, – Moqerini bəyan etdi.