Federika Mogerini - Gürcüstan Asosiasiya Müqaviləsinin həyata keçirilməsində böyük tərəqqiyə nail oldu və bu inteqrasiyamızın əsasıdır
Federika Mogerini - Gürcüstan Asosiasiya Müqaviləsinin həyata keçirilməsində böyük tərəqqiyə nail oldu və bu inteqrasiyamızın əsasıdır

Gürcüstan Asosiasiya Müqaviləsinin həyata keçirilməsində böyük tərəqqiyə nail oldu və bu bizim siyasi və iqtisadi inteqrasiyamızın əsasıdır, – bu barədə bəyanatı Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Federika Mogerini Brüsseldə keçirilən mətbuat konfransında verdi, hansı ki, Gürcüstan-Avropa İttifaqı Asosiasiyasının 5-ci iclasından sonra keçirildi.

Birgə bəyanatlar Federika Mogerini, Gürcüstanın baş naziri Mamuka Baxtadze Avropa İttifaqının qonşuluq siyasəti və genişlənməsi məsələləri üzrə avrokomisar Yohannes Han tərəfindən verildi.

Mogerini şuranın bugünki iclasını müsbət dəyərləndirdi və müzakirə edilən məsələlər haqqında danışdı.

Onun dediyinə görə, Avropa İttifaqı partnyorluğun tam potensialının istifadəsi istiqamətində işləməyə hazırdır.

Avropa İttifaqının Ali nümayəndəsinin dəyərləndirməsinə görə, bu Gürcüstan və Avropa İttifaqının birgə əldə etdiyi əlyetərli nəticələrdən biridir.

“Biz bugün bu məsələ ilə bağlı müəyyən problemlərlə necə baş edəcəyimiz haqqında danışdıq, ancaq bütün bunlar zamanla həll olunacaq” – dedi Federika Mogerini.