Elizabed Rud - Gürcüstan seçimini etdi ki, qərb strukturlarına, Avropa İttifaqına və NATO-ya birləşsin
Elizabed Rud - Gürcüstan seçimini etdi ki, qərb strukturlarına, Avropa İttifaqına və NATO-ya birləşsin

“NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzinə” qrant şəklində vəsait ayırdıq, əhaliyə məlumat çatdırsın ki, qərb və avroatlantik inteqrasiya ölkəyə hansı yaxşılıqları gətirir, – bu barədə Gürcüstanda Amerika Birləşmiş Ştatları səfiri vəzifəsini yerinə yetirən, Elizabet Rud bəyan etdi.

Onun dediyinə görə, NATO ilə əlaqələr Gürcüstana yardım edir ki, ölkənin təhlükəsizliyini gücləndirsin.

“Gürcüstan seçimini etdi ki, qərb strukturlarına, Avropa İttifaqına və NATO-ya birləşsin. Bu, Gürcüstanın qərarıdır. Gürcüstan Avropa İttifaqı ilə azad təcarət razılaşması və azad vija rejimindən yararlanır. Bundan başqa NATO ilə əlaqələr Gürcüstana yardım edir ki, ölkənin təhlükəsizliyini gücləndirsin. Birgə təlimlərimiz də var. Gürcüstanın bu seçimi ölkəyə imkanlar yaradır ki, daha güclü və daha təhlükəsiz olsun. Halbuki bir çox insan, xüsusi ilə də bölgədə yaşayanlar Gürcüstanın avroatlantik yaxşılıqları barəsində məlumatlandırılmayıblar. Bu layihə məhz elə bu məlumatın çatdırılmasına yardım edəcək. “NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzinə” qrant şəklində vəsait ayırdıq, əhaliyə məlumat çatdırsın ki, qərb və avroatlantik inteqrasiya ölkəyə hansı yaxşılıqları gətirir”, – Elizabet Rud bəyan etdi.

NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzində, ABŞ Dövlət Departamenti tərəfindən Gürcüstan Xarici İşlər Nazirliyinin “NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzi”, verilmiş yarım milyon dollarlıq yardım çərçivəsində planlaşdırılmiş layihənin təqdimatı bu gün keçiriləcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirə dəvət olunmuş qonaqlara Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani və Gürcüstanda Amerika Birləşmiş Ştatları səfiri vəzifəsini yerinə yetirən, Elizabet Rud müraciət edəcəklər.

Layihəni NATO və Avropa İttifaqı haqqında informasiya mərkəzinin direktoru, Nino Bolkvadze təqdim edəcək. Tədbirdə diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idaərələri və vətəndaş bölməsi nümayəndələri iştirak edəcəklər.