Ekaterine Tikaradzenin bəyanatına görə, koronavirusa yoluxan yeni dörd pasiyent Birinci Universitet Klinikasına yerləşdirildi
Ekaterine Tikaradzenin bəyanatına görə, koronavirusa yoluxan yeni dörd pasiyent Birinci Universitet Klinikasına yerləşdirildi

Səhiyyə Naziri Ekaterine Tikaradze iqdidar administrasiyasında, idarələrarası koordinasiya şurasının iclasından sonra, koronavirusun yeni halları ilə bağlı bəyanat verdi.

“Bu gün koronavirusun yenə dörd halı qeydə alındı. Burada tək müsbət olan odur ki, onların hansı klasterdən olduğunu bilirik” – dedi Ekaterine Tikaradze.

Ekaterine Tikaradzenin bəyanatına görə, koronavirusa yoluxan yeni dörd pasiyent Birinci Universitet Klinikasına yerləşdirildi və bu vaxt üçün vəziyyətləri stabildir.

Beləliklə, Gürcüstanda koronavirusa yoluxanların sayı 38 oldu.