Gürcüstanda koronavirus hallarının sayı 300-ə qədər artdı, onlardan 69 nəfər sağalıb
Gürcüstanda koronavirus hallarının sayı 300-ə qədər artdı, onlardan 69 nəfər sağalıb

Gürcüstanda koronavirusun dörd yeni halı qeydə alındı.

Bu haqda məlumat Gürcüstan iqtidarı tərəfindən, koronavirusla mübarizə tədbirləri çərçivəsində yaradılan xüsusi veb-səhifə stopcov.ge-də yeniləndi.

Müvafiq olaraq, bu vaxt üçün Gürcüstanda koronavirusun 300 halı qeydə alınıb. Onların arasında 69 nəfər sağalıb.

Virusdan ölənlərin sayı 3-dür.

Xarici ölkədən müalicə üçün üç Gürcüstan vətəndaşı gətirilib.

Karantin rejimində 4990, stasiyonarlarda isə, – 462 nəfər qalır.