Koronavirusun 30 yeni halının infeksiya mənbəyi hələlik naməlumdur
Koronavirusun 30 yeni halının infeksiya mənbəyi hələlik naməlumdur

Hazırda ölkədə koronavirusun 336 halı qeydə alınıb.

Onlardan 74 pasiyent sağalıb.

Tbilisi İnfeksiya xəstəxanasının tibbi direktoru Marian Ezuqbaianın dediyinə görə, sağalan pasiyentlərin 48-i onların klinikasında müalicə olunurdu.

Marina Ezuqbaianın dediyinə görə, bu gün qeydə alınan 30 pasiyentin infeksiyaya yoluxma mənbələri hələlik tam məlum deyil.

Onun dediyinə görə, onlar digər tibb müəssisələrdə müalicə olunurlar.

“Yeni pasiyentlərin vəziyyətinin necə olduğunu dəqiq bilmirəm, çünki onlar başqa tibbi müəssisələrə yerləşdiriliblər. Sadəcə onu bilirik ki, qeydə alınan yeni halların infeksiyaya yoluxma mənbələri tam məlum deyil” – dedi Marina Ezuqbaia.