Ekaterine Tikaradze - Koronavirusa yoluxma hallarının yüksək templə artdığı təqdirdə, məktəb tətilləri yenə uzadılacaq
Ekaterine Tikaradze - Koronavirusa yoluxma hallarının yüksək templə artdığı təqdirdə, məktəb tətilləri yenə uzadılacaq

Koronavirusa yoluxma hallarının yüksək templə artdığı təqdirdə, müvafiq rekomendasiyalar veriləcək və məktəb tətilləri yenə uzadılacaq – bu barədə bəyanatı Səhiyyə Naziri Ekaterine Tikaradze verdi.

“Distansiyada təhsil prosesinə gəlincə isə, bu məsələ ilə bağlı Təhsil Nazirliyi intensiv şəkildə işləyir və çalışacağıq ki, bu tədris ili uşaqlarımız üçün tam akademik qayda ilə başa çatsın” – dedi Ekaterine Tikaradze.

xatırladaq ki, koronavirusun prevensiyası məqsədi ilə, Gürcüstan miqyasında təhsil müəssisələrində yaz tətili aprelin 1-nə qədər uzadılıb.