Dzyudo Federasiyasında mövcud durumu xüsusi komissiya öyrənəcək
Dzyudo Federasiyasında mövcud durumu xüsusi komissiya öyrənəcək

Dzyudo Federasiyasında mövcud durumu xüsusi komissiya öyrənəcək. Komissiyaya Mədəniyyət Nazirliyi, Parlamentin İdman Komitəsi və Olimpiya Komitəsi üzvləri birləşəcəklər, – bu barədə Gürcüstanın Mədəniyyət və İdman naziri Mixeil Giorqadze bəyan etdi.

Mixeil Giorqadzenin bəyan etdiyinə görə, komissiya üzvləri Dzyudo Federasiyasında son günlər ərzində söhbət gedən barəsində təfərrüatlı məlumatı tələb edəcəklər.

“Razlaşdıq ki, birgə komissiya formalaşdı. Komissiya tərkibində nazirlik tərəfindən mən və mənim müavinlərim, həmçinin Mixeil Ğavelaşvili, Leri Xabelov, Şota Xabareli İdman və Olimpiya Komitəsinin üzvləri olacaqlar. Yaxın günlərdə məsələnin öyrənilməsi baş verəcək və qəbul olunan müvafiq qərarı ictimaiyyətə çatdıracağıq. Qərarlar tezliklə məlum olacaq”, – nazir bəyan etdi.

Onun dediyinə görə, Dzyudo Federasiyası rəhbərliyi hesab edir ki, qurultay keçirilsin və bu Federasiyanın tam hüququdur.

Görüş başlamamışdan əvvəl, İdman Komitəsinin üzvü Şota Xabarelinin bəyan etdiyinə görə, onun fikirincə, Dzyudo Federasiyasının bu günki qurultayı təxirə salınmalıdır.

Avropa Çempionatında qeydə alınan acınacaqlı nəticələrdən sonra, Gürcüstan Dzyudoçular Milli Komandasının məşqçilər qərargahı tam tərkibi ilə aprelin 30-da istefa verdi.