Diplomatiya Gününün qeyd edilməsi ilə bağlı Mixail Canelidze TDU-ya qonaq olacaq və ölkənin xarici siyasəti istiqamətləri haqqında söhbət edəcək

Diplomatiya Günü ilə bağlı, 2017-ci ilin noyabrın 12-də, Tbilisi Dovlər Universitetində interaktiv görüş keçiriləcək – “Gürcü diplomatı ilə bir gün”. Tədbiri baş nazir müavini, xarici işlər naziri Mixail Canelidze açacaq və ölkənin xarici siyasəti istiqamətləri və idarənin fəaliyyətinin prioritetləri haqqında söhbət edəcək

Tədbir açıq qapılar formatı prinsipi ilə keçiriləcək və qonaqların imkanları olacaq ki,  Gürcüstan Xarici İşlər Nazirliyinin fəaliyyətinin istiqamətləi ilə tanış olsunlar, onlar üçün maraqlı olan məsələlərlə bağlı məlumat alsınlar və bilavasitə nazirliyin əməkdaşları ilə söhbət etsinlər.

Tədbirdə gürcü diplomatları, tələbələr, professorlar, ekspertlər və mediya nümayəndələri iştirak edəcəklər. Gürcü diplomatiyası günü noyabrın 3-də qeyd olunur, bu tarix dahi gürcü ictimai xadimi Sulxan-Saba Orbelianinin anadan olması günü ilə bağlıdır.