TDU 2020-ci ildən beynəlxalq akkreditə olunmuş proqramların həyata keçirilməsinə başlayır

12:54, 10.12.2019

Tbilisi Dövlət Universiteti San Dieqo Universiteti ilə partnyorluq və Minillik Çağırış kompaktı çərçivəsində üç proqram üzrə sertifikatlaşdırma əldə etdi. Bu deməkdir ki, bu proqram üzrə TDU-nə 2020-ci ildən imtahan verənlərin, tədrisin başa çatmasından sonra aldıqları diplomlar Amerika diplomu ilə bərabərləşdirilmiş olacaq.

San Dieqo Universiteti Gürcüstanda 2014-cü ildən işləyir və üç dövlət Universitetində – TDU, GTU və İliya Dövlət Universitetində yerləşibdir. Onun məqsədi Gürcüstanda beynəlxalq standartların tədbiq olunmasıdır.

ABŞ və Gürcüstan hökuməti arasında imzalanmış müqavilə – Minillik Çağırış kompaktı 34 milyonluq büdcəli ali təhsil layihəsini əhatə edir.

Beynəlxalq akkreditə olunmuş proqramların təklifi mərhələ şəklində başlayacaq.

Oxşar