Bu gün Ana Dili günü qeyd olunur
Bu gün Ana Dili günü qeyd olunur

Gürcüstanda bu gün Ana Dili günü qeyd olunur. Bu günki gün, 1978-ci il aprelin 14-ü hadisələrinin qeyd olunması üçün 1990-cı ildən təsis olundu. 1978-ci il aprelin 14-də keçirilən etiraz aksiyaları gürcü dilinin dövlət dili statusunu qoruyub saxladı. Tarix ilə bağlı ölkə miqyası ilə tədbirlər həftəliyi planlaşdırılır. Həftəlik TDU-nun birinci korpusunun mərkəzi foyesində saat 14:00-da açılacaq.

Bununla yanaşı, universitetin həyətində gün ərzində elmi instalasiyalar, əyləncəli tədbirlər keçiriləcək və uşaq guşəsi təqdim olunacaq.

Həmçinin, Korneli Kekelidze adına Əlyazmalar Mərkəzi və TDU-nun birgə sərgisi açılacaq, tələbələrin, şağirdlərin və müəllimlərin mükafatlandırılması mərasimi keçiriləcək.

Universitetin həyətində saat 17:00-da Niaz Diasamidze və “33a” qrupu konsert keçirəcəklər.