Davit Usupaşvili - Görünür Bidzina İvanişvili "Gürcü Arzusu"-nun dağılacağını anladı
Davit Usupaşvili - Görünür Bidzina İvanişvili "Gürcü Arzusu"-nun dağılacağını anladı

Görünür ki, Bidzina İvanişvili “Gürcü Arzusunun” siyasi sonunu gördü və partiyanın dağılma ərəfəsində olduğunu dərk etdi, – bu barədə bəyanatı “Şeneba (Tikinti) hərəkatının” rəhbəri Davit Usupaşvili verdi.

Onun dəyərləndirməsinə görə, Bidzina İvanişvilinin üzərinə bu məsuliyyəti götürməsi çox yaxşıdır, ancaq bu qərarın nəticələrini vaxt göstərəcək.

Usupaşvilinin dediyinə görə, bu unikal bir haldır. O ümid edir ki, iqtidar dəstəsi ədalətli seçkilər keçirə biləcək.

“Dünya tarixində bu inikal haldır ki, konstitusiya çoxluğu ilə qalib gələn partiya, bir ildən sonra öz təsiçisinə yalvarır ki, partiyamız başımıza uçur gəl bizi xilas et” – dedi David Usupaşvili.

Xatırladaq ki, “Gürcü Arzusu” partiyasının bugünki iclasında, partiyanın sədri Giorgi Kvirikaşvili, sədr vəzifəsindən istefa verdiyini və bu vəzifəyi Bidzina İvanişvilinin tutacağını bəyan etdi.