Tea Sulukiani - "Gürcü Arzusunun" seçki siyahısında olub-olmadığım sabah məlum olacaq
Tea Sulukiani - "Gürcü Arzusunun" seçki siyahısında olub-olmadığım sabah məlum olacaq

Gürcüstanın Ədliyyə naziri, Tea Sulukianinin bəyan etdiyinə görə, “Gürcü Arzusu” partiyasının seçki siyahısının ilk iyirimliyində kimlərin olduğu sabah məlum olacaq.

“Siyahıda olub-olmamadığım sabah məlum olacaq. O ki, qaldı siyahının köhnə və yeni simalarının kimliyinə, bu barədə mənim üçün məlum deyil. Mən, az öncə başa çatan siyası şuranın üzvü deyiləm. Sabahı gözləyək”, – Sulukiani bəyan etdi.

Xatırladaq ki, “Gürcü Arzusu – Demokratik Gürcüstan” siyasi birləşməsi sabah, 10 sentyabrda 2020-ci ilin seçki siyahısının iyirimliyinin təqdimatını keçirəcək.