"Gürcü Arzusu" bu gün "Gürcüstanın Avropaya doğru gedən yolu" adlı aksiya keçirəcək
"Gürcü Arzusu" bu gün "Gürcüstanın Avropaya doğru gedən yolu" adlı aksiya keçirəcək

Siyasi birləşmə “Gürcü Arzusu – Demokratik Gürcüstan” bu gün saat 16:00-da, Azadlıq meydanında, “Gürcüstanın Avropaya doğru gedən yolu” adlı aksiya keçirir.

Aksiyanın təşəbbüskarı partiyanın gənclər təşkilatıdır.

“Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladzenin dediyinə görə, bu günki aksiya Gürcüstanın Avropalı gələcəyi önəmli olan hər bir vətəndaş üçün keçirilir.

Tədbirdə regionlardan xüsusi ilə ayrılmış nəqliyat vasitələri ilə gətirilən tərəfdarlar da iştirak edəcəklər.

“Gürcü Arzusunun” bütün dəstəkçilərini uşaqları ilə bərabər, Gürcüstanın Avropalı gələcəyini müəyyənləşdirən aksiyaya dəvət edirik” – dedi Kaladze.

Qeyd olunan tədbirlə bağlı, şəhərin bir neçə yerində nəqliyyat vasitələrinin hərəkatı dayandırılıb.