David Zalkaliani Fransaya Gürcüstan vətəndaşlarının təxliyyəsi üçün təşəkkürünü bildirir
David Zalkaliani Fransaya Gürcüstan vətəndaşlarının təxliyyəsi üçün təşəkkürünü bildirir

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Fransaya Çindən Gürcüstan vətəndaşlarının təxliyyəsi üçün təşəkkürünü bildirir.

Bu barədə bəyanat David Zalkalianinin rəsmi “tvitter” səhifəsində yayıldı.

“Koronavirus ilə zərər çəkən Uxan şəhərindən Gürcüstanın iki vətəndaşının təxliyyəsi üçün Fransaya minnətdarlığımı bildirirəm. Virusun sərhədlərdən kənarda yayıldığı bir zaman, dünyanın onun qarşısının almağının yeganə yolu, birgə durmaqdır”, – Gürcüstan Xarici İşlər nazirinin rəsmi “tvitter” səhifəsində deyilir.

Göyərtəsində Uxandan təxliyyə edilmiş Gürcüstan vətəndaşlarının da olduğu Türkiyə Müdafiə Nazirliyinin təyyarəsi Ankaraya dünən endi. Məlum olduğu kimi, təlixliyyə edilmiş vətəndaşları 14 gün ərzində Ankara klinikalarının birinə karantinə yerləşdirəcəklər.