Ankaraya göyərtəsində Uxandan təxliyyə edilmiş Gürcüstan vətəndaşlarının da olduğu Türkiyə təyyarəsi endi (video)

Göyərtəsində Uxandan təxliyyə edilmiş Gürcüstan vətəndaşlarının da olduğu Türkiyə Müdafiə Nazirliyinin təyyarəsi Ankaraya endi.

Türkiyə mediası ilk başdan məlumat yayırdı ki, Çinin Uxan şəhərindən Türkiyənin 34, Azərbaycanın yeddi və Gürcüstanın yeddi vətəndaşı təxliyyə edilməli idi. Lakin, az sonralar məlum oldu ki, altı nəfər təxliyyəyə rədd cavabı verdi.

Məlum olduğu kimi, təlixliyyə edilmiş vətəndaşları 14 gün ərzində Ankara klinikalarının birinə karantinə yerləşdirəcəklər.

Gürcüstanın Birinci Kanalına Çində Gürcüstanın səfiri, Arçil Kalandiya bəyan etdi ki, təyyarənin göyərtəsində Gürcüstanın üç vətəndaşı var.