David Qareci məsələsi üzrə İkinci İliya Bütün Gürcüstanın şeyxi, Ramin İgidovu və şərqi Gürcüstanın müftisini, Yasin Əliyevi qəbul etdi
David Qareci məsələsi üzrə İkinci İliya Bütün Gürcüstanın şeyxi, Ramin İgidovu və şərqi Gürcüstanın müftisini, Yasin Əliyevi qəbul etdi

David Qareci məsələsi ilə bağlı, Gürcüstan Patriarxlığında növbəti görüş keçirildi. Görüş barəsində məlumatı Gürcüstan Patriarxlığı yayır.

Bütün Gürcüstanın Katalikos-Patriarxı Bütün Gürcüstanın şeyxi, Ramin İgidovu və şərqi Gürcüstanın müftisini, Yasin Əliyevi və Oktay İsayevi qəbul etdi”, – Patriarxlıqda bəyan edirlər.

Gürcüstan Patriarxlığının məlumatına görə, Bütün Gürcüstanın Katalikos-Patriarxı qonaqlara qarşı hörmətini bir daha ifadə etdi və ümidvar olduğunu bildirdi ki, yaranmış durum sülh yolu ilə ədalətli həll olunacaq.

Mayın 4 və 5-də Patriarxlıqda Azərbaycan səfiri Dursun Həsənəv və Qafqaz Müsəlmanları İdarəsi rəhbərinin Paşa Zadənin nümayəndəsi, Əli Əliyev ilə görüş keçirildi. Görüşdə David Qareci məsələsi müzakirə olundu.