Xarici İşlər nazirinin keçmiş müavini, Giorgi Mancqaladze Prokurorluğu tərk etdi
Xarici İşlər nazirinin keçmiş müavini, Giorgi Mancqaladze Prokurorluğu tərk etdi

Xarici İşlər nazirinin keçmiş müavini, Giorgi Mancqaladze Prokurorluğu artıq tərk etdi.

Onu idarədə David Qareci işi ilə bağlı dindirdilər.

Mancqaladzenin binanı tərk etdikdən sonra bəyan etdiyinə görə, sorğu zamanı konkret şəxslər barəsində söhbət olmayıb.

Jurnalistin, onun yenə dindirilməsi planlaşdırılırmı sualına Mancqaladze cavab verdi ki, bu barədə məlumatı yoxudu.

“İttiham irəli sürməyiblər. Şahid qismində əlavə olaraq dindirildim. Konkret şəxslər barəsində söhbət olmayıb”, – Mancqaladze qeyd etdi.

David Qareci işi üzrə cari istintaq çərçivəsində, Xarici İşlər nazirinin keçmiş müavini bu gün üçüncü dəfə sorğu olundu.

Mancqaladze istinqatın maraqlandığı dövrdə, 2006-2007-ci illərdə delimitasiya-demarkasiya komissiyasına rəhbərlik edirdi.

Şərh yaz