David Narmaniya - “Yeni Tiflis” çərçivəsində ilkin siması ilə 51 tarixi bina bərpa edildi
David Narmaniya - “Yeni Tiflis” çərçivəsində ilkin siması ilə 51 tarixi bina bərpa edildi

“Yeni Tiflis” layihəsi çərçivəsində ilkin siması ilə 51 tarixi bina bərpa edilib. Bunun da 41-i mədəni irs abidəsidir, – bu barədə Tbilisi meri David Narmaniya paytaxt hökumətinin bu günkü iclasında bildirib.

Tbilisi merinin dediyinə görə, sözügedən layihə barəsində paytaxtın büdcəsindən 30 milyon lariyə qədər vəsait xərclənib.

Eyni zamanda David Narmaniyanın bildirdiyinə görə, Ğvinis Ağmarti, Zemo Kala kimi digər nəhəng arealların  bərpası da həyata keçirilib. Üç tarixi salonun ilkin siması bərpa edilib və layihə çərçivəsində dörd rekreaksiya zonası qurulub, tarixi-mədəni irsin başqa abidələrinin bərpası da həyata keçirilib.