David Modzmanaşvilinin olimpiya medalı əlindən alındı
David Modzmanaşvilinin olimpiya medalı əlindən alındı

Beynəlxalq Olimpiya Komitəsi sərbəst üsulla güləşçi, David Modzmanaşvilinin 2012-ci il London Olimpiada medalını əlindən aldı.

Qərara səbəb dopinqdir. Təkrar yoxlama zamanı David Modzmanaşvilinin qanında qadağan preparat, “dehydrochlormethyltestosterone” aşkar edildi.

Hazırda Özbəkistan adı ilə yarışan gürcü idmançısı Londonda Gürcüstan adı ilə çıxış edirdi və finala qədər gedib çıxdı. Finalda özbək Artur Taymazvlo yarışda məğlubiyyətə uğradı. 2017-ci ildə David Modzmanaşvili Özbəkistan vətəndaşlığını qəbul etdi və keçən il, Asiya Oyunlarının qalibi oldu.